Bahar o fotodan danışdı:“Həyat yoldaşım zəng etdi ki...”

Bahar Lətifqızı həyatı ilə bağlı iddialı açıqlamalar verib. O, bu barədə “Heç vaxt, heç yerdə” verlişində danışıb.
“Sherg.az”ın məlumatına görə sənətçi bunları söyləyib:
“Cəmil Əfəndi ilə duet mahnılar oxuyuram. Onunla bir fotomuz yayılmışdı. Hətta həyat yoldaşım zəng etdi ki, bu nədir? Hərdən elə şayiələr olur ki, başa düşmürəm, niyə belə etsinlər. O zaman pis olmuşdum. Əslində təəccüblənmirəm, çünki olmayan şeydən necə danışa bilərlər? Belə bir şey olmadığı üçün, rahatam”.