Hikmət Hacıyev: “Yerli KİV-ə etibar yaranmalıdır” 

“Vətəndaş dövlətin siyasətini həyata keçirən resursa inanmalıdır”

Bu gün “Zoom” platformasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və ayrı-ayrı KİV rəhbərlərinin görüşü baş tutub.

"Sherg.az" xəbər verir ki, “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda keçirilən iclasda bir sıra mühüm məqamlara toxunulub. H. Hacıyev bildirib ki, auditoriyada yerli KİV-ə etibar yaranmalıdır: 

“Vətəndaş dövlətin siyasətini həyata keçirən resursa inanmalıdır. Vətəndaşlarımız tam şəkildə mediaya inanmalıdır ki, səhih, obyektiv informasiyanı da Azərbaycan KİV-indən almış olsunlar”.