Qum fırtınası: göz gözü görmür

Çinin paytaxtı Pekində qum fırtınası baş verib.
Bu barədə “Sherg.az” “Milliyet.com.tr”-yə istinadən xəbər verir. Bildirilir ki, meterologiya rəsmiləri vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər. Göy üzünü bürüyən toz buluduna görə bir çox adam narahatlıq keçirib.
Fəlakətə görə itki və ya yaralanma faktı yoxdur. Amma nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunmaqdadır.
Vəziyyətlə əlaqədar olaraq şəhərdə sarı alarm verilib.