Teymur Əhmədov haqqında: “Dəyərli əsərləri və ağayana duruşu yadigar qaldı”

“Azərbaycan mətbuatının köhnə kişilərindən olan , " Respublika " qəzetinin baş redaktoru , " Füyuzat " jurnallnln təsisçi və baş redaktoru , Cənubi Azərbaycan ədəbiyyatının və Nəriman Nərimanov irsinin kamil tədqiqatçısı professor Teymur Əhmədov dünyasını dəyişib.
"Azərbaycan " nəşriyyatında ocaq qonşumuz, ağsaqqalımız olan bu mötəbər insan  xatirələrdə gözəl obraz olaraq qalacaq”. 

Bu barədə “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı öz Feysbuk profilində yazıb. Baş yazar qeyd edib ki, prinsipial , mərd , həyat eşqi ilə yazıb - yaradan  Teymur müəllim xeyirxah insan, yorulmaz tədqiqatçı  və əsl ağsaqqal idi:

“Bir sıra dəyərli əsərləri, tövsiyyələri, ağayana duruşu bizlərə yadigar qaldı. Mənə bəzən elə gəlirdi ki , Teymur müəllim  ötən əsrin əvvəllərinin maarifçilərinin davamçısı, yol yoldaşı , məsləkdaşlarının ən sonuncu nümayəndələrindəndir.  Ruhun şad olsun, böyük insan. Hər dəfə nəşriyyatın 7 - ci mərtəbəsində gözlərim Sizi axtaracaq , "dədə , gəl bir çay iç" , "nə araşdırırsan " ,   "kitabı niyə gətirmədin" kimi bəzən nəvaziş, bəzən ərklə etdiyin  tənqidlərin  qulaqlarımda səslənəcək”.