Səmədov həyat yoldaşından danışıb: “...Məni boğaza yığıb”

Tanınmış müğənni Səməd Səmədov həyat yoldaşı ilə necə tanış olmasından danışıb. O, bu barədə “Hüseynova Bacıları” proqramında açıqlama verib.
“Sherg.az”ın məlumatına S.Səmədov xanımı haqqında bunları söyləyib:
“Artıq 45 ildir birlikdəyik. Bu qarabağlı qız məni boğaza yığıb. Əvvəllər ildə bir dəfə məzunlarla görüş olurdu. Mən də ansamblla birgə əlimdə gitara ilə onların məktəbinə getmişdim. Elə orda tanış olduq”.