Qazi xanəndə ilə görüşmək istədi, arzusu reallaşdı – Hər kəsi ağldan video 

Xanəndə, əməkdar artist Elnarə Abdullayeva son Qarabağ savaşının qazisi  Xəyal Qarayevlə görüşüb.
O, Xəyalla videosunu İnstaqram səhifəsində paylaşıb. Xanəndənin paylaşımı izləyicilərini kövrəldib.
“Sherg.az”ın məlumatına görə  xanəndə “post”a bu qeydi əlavə edib:
“Mənimlə əlaqə saxlayıb, dedilər ki, Qazimiz sizin ifalarınıza qulaq asır, fotolarınızı yanında saxlayır, sizinlə görüşmək istəyir. Dərhal Xəyalın görüşünə getdim. Allah Vətənimizin keşiyində dayanan hər kəsi qorusun!”.