SİQNAL !-  Ordumuz poliqonda, Prezident Qarabağda... – Silahlar işə düşəcək?

“Ölkə başçısının dağlıq əraziyə getməsi və təzyiqi artırması heç də təsadüfi deyil”

 “Bu o deməkdir ki, biz məsələni 5 ildən də tez həll etməyə çalışırıq”

 “Verdiyimiz mesajların nəticəsi olmayacağı təqdirdə rəsmi Bakı antiterror əməliyyatına başlayacaq”

“Prezident İlham Əliyevin bu dəfə məhz Qarabağa (Dağlıq) getməsi ayrıca bir mərhələdir. Davamı Xocalı, Xankəndi...”. 
 Bu sözləri Sosial Tədqiqatlər Mərkəzinin mətbuat xidmətinin rəsisi, beynəlxalaq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” profilində yazıb. Əlbəttə, səslənən fikirlər ümidlərimizi, inamımızı artırır. Görünür, hazırda düşmən tapdağında olan torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil...

 Ə.Əlibəyli “Sherg.az”a açıqlamasında fikrini belə izah etdi: 

“Hazırda böyük ölkələrin Suriya, Livan, Ukraynada mübahisələri gedir. Amma Azərbaycanda belə deyil. Çünki biz məsələni dar çərçivədə həll etdik. Prezident İlham Əliyevin “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi problemin geridə qaldığını göstərir. Lakin Ermənistandakı separatçı qüvvələr revanşist meyillərini artırıblar.

Ordumuzun poliqona yığılmasından sonra dövlət başçısının Qarabağa səfəri, dağlıq əraziyə getməsi və təzyiqi artırması heç də təsadüfi deyil. Bu o deməkdir ki, biz məsələni 5 ildən də tez həll etməyə çalışırıq.

Üstəgəl, təlimlərin antiterror səciyyəsi daşıdığını da nəzərə alsaq, deməli, silahlar yenidən işə düşə bilər. Verdiyimiz mesajların nəticəsi olmayacağı təqdirdə rəsmi Bakı antiterror əməliyyatına başlayacaq. Və hər ötən gün bu ehtimalı daha da artır”.