İnfeksionistdən bəd xəbər: “Yoluxma sayı mini ötəcək"

Artıq bir neçə gündür ki, yoluxma göstəricilərində artım müşahidə edilir.
Bu gün koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər isə vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 241 651 nəfər koronavirus infeksiyasına yoluxub.
Qeyd edək ki, dünən 376 nəfər koronavirusa yoluxmuşdu.



Həkim-infeksionist Vüqar Cavadzadə "Şərq"ə mövcud durumu şərh edib:

"Statistik göstəricilərin dalğadan xəbər verdiyini deməzdim.  Qarşıdan  Novruz bayram gəlir. İnsanların bir-biri ilə təması artır. Yoluxma sayı mini də ötəcək".