Afətin anası da müğənni olub? - "Bizi səsi ilə feyziyab edib” - Arxiv video

Afət Fərmanqızının anası da özü kimi müğənni olub. O, bununla bağlı videonu izləyiciləri ilə bölüşüb. Mərhumum çıxış etdiyi toyların birindən  kadrları “ Mənim gözəl anam” qeydi ilə paylaşıb.
“Sherg.az” xəbər verir ki, müğənninin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onun postuna həmkarları da rəy yazıb. Məsələn, Roza Zərgərli bu “comment”i əlavə edib:
“Bizim evimizdə məclisimizi səsi ilə feyziyab edib”.