Xasıyeva xəstəliyindən danışdı:“2 saatda dörd dişim düşdü”

Xalq artisti Könül Xasıyeva "Həmin Zaur" verlişində qonaq olarkən səhhətindəki problemlərlə bağlı açıqlamalar verib. 
"Sherg.az"ın məlumatına görə, o, xəstəliklə əlaqədar saçlarının və dişlərinin eyni anda töküldüyünü söyləyib:
" Hətta 2 saat içində dörd dişim sinəmə düşdü. Bəzən otağa girib, bir həftə sonra çıxmışam. Amma indicə çıxdığımı düşünmüşəm. Yəni o qədər ağır stress keçirmişəm ki. 21 ildir stressdən çıxa bilmirəm. Məndə bu problem zəlzələdən sonra yarandı".