Məşhur otel bağlana bilər

İstanbulda koronavirus əleyhinə qaydalara əməl olunması ilə bağlı monitorinq keçirilib. Monitorinq zamanı “Bebek” oteldə əyləncə təşkil edildiyi aşkarlanıb və otel 10 gün müddətinə bağlanıb.

Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir. Bildirilir ki, eyni hadisə təkrarlansa, otelin qeydiyyatı ləğv olunacaq.
Oteldə əyləncə keçirən issanlar jurnalistlərə hücum edib, onların üzərinə meyvə atıblar.