Şəbnəmin “bostanına daş atıldı”: “...Ona mahnı vermərəm”

“Çünki səsi zövqümcə deyil. Vəfa Şərifovanın, Damlanın, Elsevər Göyçaylının səsini bəyənirəm”

“Ən yaxşı mahnımı satıram. Bu janrı dinləyən insanların zövqünü bilirəm. Ona görə mahnının seviləcəyinə zəmanət verirəm”.
“Sherg.az”ın məlumatına görə bu sözləri Tolikin “ Günə bir şou” verlişində müğənni İfrat Dünyamaliyev söyləyib. O, söhbətə davam edərək bunları da deyib :

“Şəbnəm Tovuzlu ödəniş belə etsə, ona mahnı vermərəm. Çünki səsi zövqümcə deyil. Vəfa Şərifovanın, Damlanın, Elsevər Göyçaylının səsini bəyənirəm”.