Ən gərgin mərhələ: “Paşinyan özünü qorumalıdır” – Terrakt planı...

Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır. Bu barədə "Past" qəzeti məlumat yayıb. Bildirilib ki, son iki gündə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Vətəndaş Razılaşması Partiyasının rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, vilayət başçıları, İrəvan rayonlarının rəhbərləri ilə görüşlər keçiriblər.

Məlumata görə, onları konkret olaraq N.Paşinyanın reytinqi maraqlandırır. Görüş iştirakçılarına istənilən hadisəyə, o cümlədən növbədənkənar seçkilərə hazır olmaq tapşırığı verilib.

Qəzet öz mənbələrinə istinadən yazıb ki, N.Paşinyan martın 23-dək istefa verəcək: “Fövqəladə hal baş verməzsə, o, bu gün, yaxud sabah istefa verməyə hazırlaşır. Belə halda Ermənistanda may ayında erkən seçkilər keçiriləcək". 

 Məlum olduğu kimi, indiyədək dəfələrlə Paşinyanın istefa barədə xəbərlər tirajlansa da, o, iqtidarını qorumağı bacarıb. Nəhayət, bu dəfə “yolun sonuna gəlib?”. Yoxsa yenə bir “tin” tapıb vəziyyətdən çıxa biləcək? 



Baş nazirin siyasi taleyinə dair fikirlərini “Sherg.az”la bölüşən siyasi analitik Turab Rzayevin fikrincə, hər şeyi qarşıdakı aylar həll edəcək: 

“Müharibədəki məğlubiyyətə görə bir az azalsa da, əslində Paşinyanın reytinqi kifayət qədər çoxdur. Mitinqlər zamanı onu dəstəkləyənlərin sayı da bunu isbatlayır. İndi ölkədə aqressiv, uğursuzluqla barışmaq istəməyən bir qüvvə var.

Onlar bütün imkanları ilə Paşinyanı devirmk istəyirlər. Hətta hansısa terror aktı da istisna deyil. Yəni Paşinyan özünü qorumalıdır.

Müharibəki məğlubiyyətin “yaraları” təzə olduğuna görə qarşıdakı aylar onun üçün kritik olacaq. Lakin insanlar real vəziyyəti başa düşməyə başlayacaqlar.

Anlayacaqlar ki, onsuz da indiyədək Qarabağ torpaqlarından doğru-düzgün istifadə etmirdilər. Yaşamaqlarına isə icazə verilir. Eyni zamandan cəmiyyət sülhün bəhrəsini, o cümlədən həyata keçirilən iqtisadi layihələri gördükdən sonra Paşinyanı dəstəkləməyə başlayacaq.

Və bu zaman hansısa çevriliş çox çətin olacaq. Odur ki, ən gərgin mərhələ aprel-may aylarıdır”.