Elçibəy komandasını yığıb nə deyib? – “Sizi and verirəm Allaha...”

Türkiyədə yaşayan tanınmış siyasətçi Aqil Səmədbəyli qayınatası, eks-prezident Əbülfəz Elçibəylə bağlı xatirələrini mütəmadi Feysbuk səhifəsində paylaşır.
“Sherg.az” xəbər verir ki, o, növbəti dəfə bunları yazıb:
“Böyük qardaşım və əqidə dostum Arzu Səmədbəyli danışır: “Elçibəy yeni iqtidara gəlmişdi. Bizi yığdı və dedi ki, sizi and verirəm Allaha, Ata, Ananızın canına ki, bu millətin cibinə, dövlətin xəzinəsinə əl uzatmayın. Uzağı 5 ilə o qədər pulumuz olacaq ki, hamıya artıqlaması ilə çatacaq”.