Sabitliyə təhdid: Britaniya nüvə başlıqlarının sayını artırır - Rusiya narazıdır

Böyük Britaniya rəsmiləri nüvə başlıqlarının ümumi sayını 260-a çatdırmaq niyyətində olduqlarına dair açıqlama veriblər.
“Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir ki, Rusiyanın məsələyə münasibəti heç də yaxşı deyil.. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Britaniyanın sözügedən təşəbbüsünün dünyadakı sabitliyi təhdid etdiyini bildirib. 
Peskov bunu sülhün əleyhinə bir addım kimi qiymətləndirib və təəssüfünü ifadə edib.