“4 saat beyin əməliyyatı keçirdim” – Xəstəliyinə nə səbəb olub? 

Qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü "Həmin Zaur" verlişində qonaq olarkən xəstəliyi ilə bağlı danışıb. 
"Sherg.az" xəbər verir ki, o, 4 saat beyin əməliyyatı keçirdiyini söyləyib:
"Ötən il sentyabr ayının 26-ı xəstəxanadan evə buraxıldım. Həkim dedi ki, sizə stress olmaz, sakitlik lazımdır.
Amma ayın 27-i müharibə başladı. Ona görə mənə belə hallar yaxşı təsir göstərmədi.
Səhhətimdə problemlər həyat yoldaşım rəhmətə gedəndən sonra yarandı. Ölən ölür, gedir, ancaq biz də ölüdən betər oluruq".