Elzadan üstüörtülü mesaj: “Bəs sizin vicdanınız var?!”

Bəstəkar, müğənni Elza Seyidcahan zaman-zaman paylaşımları ilə diqqət çəkir. O növbəti dəfə izləyicilərinin marağına səbəb olub.
“Sherg.az” xəbər verir ki, bəstəkar fotolarını İnstaqram səhifəsində yerləşdirərək bunları yazıb :
“ Təmiz vicdan adamlar arasında olmaqdan qorxmur. Ləkəli insanı isə tənhalıq qorxudur. Bir də ki, dostlarımı itirsəm, kədərlənmərəm. Təki vicdanım məni tərk etməsin. Bəs sizin vicdanınız var?”.