Kərimlə Səidə şıdırğı rəqs etdilər !- Qınandılar:“Şəhidlərimizin qanı qurumayıb...” - VİDEO

Müğənnilər- Kərim və Səidə Sultanın rəqs etdikləri video sosial şəbəkələrdə gündəm olub.
“Sherg.az” xəbər verir ki, Kərim həmin kadrları “Stress atırıq pulsuzluqdan. Aclıq olsun, kef olsun buna deyirlər” qeyd ilə paylaşıb. 
On mindən çox baxışı sayı toplayan posta  100-ə yaxın rəy yazılıb. 
Bir sosial şəbəkə istifadəçisi “Bizim pullu vaxtlarımızda edə bilmədiklərimizi, bunlar pulsuz ikən edirlər” komentini əlavə edib.
Digər istifadəçi isə “Hələ şəhidlərimizin qanı qurumayıb, bunların şıdırğı rəqsinə baxın bir” qeydini yazıb.