Ölümünə el ağlayır, "Tək səbir" OĞLAN !

Xəbər verdiyimiz kimi, tanınmış aktyor Ramiz Hüseynzadə  vəfat edib. Onun qəfil ölümü sənət dünyasını yasa boğub. 
"Sherg.az" xəbər verir ki, dostları mərhum haqqında paylaşımlar ediblər. 

Aktyor Fərda Xudaverdiyev acısını belə dilə gətirib:

"Allah sənə rəhmət eləsin, Ramiz qardaşım. İllərin dostu, "Tək səbir" Ramiz. Nə yaxşı ki, 9 gün öncə arzusunda olduğun məkanın açılışına gəldim və son dəfə görüşdük. Yerin behişt olsun. Dostlar, ölüm işə, yaşa baxmır. Odur ki, çalışaq, mehriban olaq".

Aparıcı Zümrüd Bədəlova isə aktyorun videosunu paylaşaraq bunları yazıb:

"Ona görə də həyatın, yaşamağın, sağlamlığın qədrini bilək. Mənə deyirdin, sən nə qədər gülürsən. Gəl, səni ağladım,sonra lentə alım. Ramiz, ağlatdın məni. Çox heyf. İnsan həyatı bir göz qırpımında bitir. Hamımız bir gün dünyadan köçəcəyik. Amma bu yaş üçün ölüm çox tez idi. Allah o dünyasını versin".

Xalq artisti Röya Ayxan da aktyorun ölümünə çox üzüldüyünü söyləyib.

Aparıcı Mətanət Əliverdiyeva R.Hüseynzadə haqqında bunları deyib:

" Qırx bir...bu Ramizin keçdiyi ömür yoludur. Və son. O, ürək tutmasından dünyasını dəyişdi. Yaradıcı insanlar həmişə tez köçür həyatdan. Öləndə deyirik ki, heyf cavan getdi. Bir dəfə doğuluruq, min dəfə yox!".

Aktyor Kənan Yusifov isə həmkarı ilə bağlı bu sözləri yazıb:

"Allah rəhmət eləsin. Ramiz gənc yaşda dünyasını dəyişdi. Bir neçə gün öncə yeni məkanının açılışında birgə idik. İnanmaq olmur".

Qeyd edək ki, Ramiz Hüseynzadə müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub.