BMT-dən SOS siqnalı: qlobal aclıq gəlir

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının yaydığı hesabata görə, dünya əhalisi böyük faciə ilə üz-üzədir. Belə ki, təbii fəlakətlər, iqlim dəyişikliyi, əkinçilik problemləri və koronavirus pandemiyasının mənfi nəticələri bəşəriyyəti misli görünməmiş aclıqla təhdid edir.

Bu barədə “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir. Məlumata görə Afrika və Şimali Afrika, Latın Amerikası və Asiya ölkələri, həmçinin Karib dənizinin kiçik ada dövlətləri xüsusilə təsirlənəcək. 
 
Qurum qida çatışmazlığı təhlükəsinin tarixdə ilk dəfə müşahidə edildiyini və bir neçə onilliklər ərzində davam edə biləcəyini iddia edir. Hesabatda, həmçinin məhsulun azalmasının əsas səbəblərinin quraqlıq, daşqınlar, meşə yanğınları, fırtına və kənd təsərrüfatı bitkilərinin xəstəlikləri olduğu göstərilir.