Dünyasını dəyişən aktyorun son üzücü paylaşımı: “Mən öləndən sonra...” - FOTO

Qəfil dünyasını dəyişən aktyor Ramiz Hüseynzadənin ölümü hər kəsi üzüb. Sevənləri, sənət dostları yasa qərq olub. Mərhumun bir il öncə yazdığı status isə sosial şəbəkələrdə gündəmə gəlib. 
"Sherg.az"ın məlumatına görə R.Hüseynzadə 2020-ci ilin fevral ayında Feysbuk səhifəsində bu sözləri yazıb:
"Böyük kütlənin sevgisini duyursan, amma bir nəfərin sevgisini hiss etmək istəyirsən. Bax, bu sözləri mən öləndən sonra status kimi hər yerdə paylaşın. Lakin adım da qeyd olunsun".