Pandemiya yuxu rejimini pozub

Bütün dünyanı cənginə alan koronavirus hələ də davam edir. Artıq virus insanların həyat rejimində də müəyyən dəyişikliklər edib. Bu dəyişikliklərdən biri də insanların yuxu rejimidir. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, məşhur şirkət "Philips" "COVİD-19 bütün dünyanın yuxu rejimini necə dəyişdirdi?" adlı sorğu keçirdib. "Philips" 13 ölkədən 13 mindən çox yetkin arasında yuxu ilə əlaqəli  araşdırma aparıb. Sorğunun əsas məqsədi isə insanların düşüncə və davranışlarını təyin etmək olub. Anketdə respondentlərin 19 faizinin qənaəti budur ki, COVID-19-dan sonra yuxu rejimində problem yaşanır. İştirakçıların 60 faizi isə COVID-19-un yuxu keyfiyyətinə birbaşa təsir etdiyini bildirib.