Bu yaşamaqdırmı?

Sənubər İsgəndərli: "Ən az 1 il də bu bəladan qurtula bilməyəcəyik"

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021 tarixinə qədər uzadılıb. Bununla bağlı sosial şəbəkələrdə bir sıra paylaşımlar olub. İnsanlar yenidən karantin rejiminin uzadılmasına münasibət bildirib. 

"Şərq " xəbər verir ki, tanınmış aktrisa, Əməkdar artist Sənubər İsgəndərli də bu barədə danışıb. O, feysbuk profilində bunları yazıb: "Görünür, ən az 1 il də bu bəladan qurtula bilməyəcəyik. Qapanma, yumşalma, sms icazə, brifinq və karantinin çərxi-fələyində yaşayacağıq. Buna yaşamaq demək olarsa..."