Lavrov həbs oluna bilər

Rusiyalı məşhur aktyor Andrey Lavrov polislərə hücum edib.
Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Bildirilir ki, polis işçiləri onun maşınını saxladıqdan sonra protokol yazmaq istəyiblər. Bu zaman aktyor bıçaqla polis zabitinin üzərinə yeriyib. Münaqişənin hansı səbəbdən başladığı məlum deyil. Amma Lavrovun spirtli içki və ya narkotik maddə qəbul etməsi də ehtimallar arasındadır.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 119-cu maddəsinə görə onu həbs gözləyir.

 Qeyd edək ki, aktyor idman ustalığına namizəddir. O, bir çox film və seriallara çəkilib.