Vaksin olunan baş nazir də yoluxdu

Pakistan baş naziri İmran Xan koronavirusa yoluxub. Bu barədə «Sherg.az» «Haberglobal»a istinadən xəbər verir.
Testinin nəticəsi pozitiv çıxan baş nazir hazırda karantin şəraitindədir. Bu barədə onun həkimi Faisal Sultan özünün “Twitter” hesabında yazıb. 
 Qeyd edək ki, baş nazir bu günlərdə vaksin olunmuşdu.