Revanşist qüvvələr Paşinyana mane olacaqlar - Politoloq 

Ermənistanda ciddi qütbləşmə var və bu daima ölkədə siyasi böhranı tətikləyəcək
"Belə gedişlə Ermənistan cəmiyyətinin bütövləşməsi və erməni lobbisinin mütəşəkkil hazırlığı imkansızdır"

"Paşinyan növbədənkənar seçkilərə getməklə, müxalifəti tam sıradan çıxararaq qələbəsini təmin edəcək".

"Sherg.az" xeber verir ki,  bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, hazırda baş verən siyasi böhrandan istifədə edən “Qarabağ klanı” hakimiyyətə gəlməyə can atır: 

"Nikol Paşinyan siyasi gedişi və erməni cəmiyyətində ona dəstəyi nəticəsində hakimiyyətdə qala bilir. Amma bundan sonra erməni cəmiyyətində siyasi porseslərin oturuşması və sabitliyin bərqərar olunması mümkün deyil. Daima revanşist qüvvələr Paşinyana mane olacaqlar. Xüsusi ilə Rusiya Paşinyanın hakimiyyətdə olmasını qəbul edə bilmir və ona qarşı növbəti çevriliş plan həyata keçirilə bilər. Belə gedişlə Ermənistan cəmiyyətinin bütövləşməsi və erməni lobbisinin mütəşəkkil hazırlığı imkansızdır".

Analitikin fikrincə, Ermənistanda ciddi qütbləşmə var və bu daima ölkədə siyasi böhranı tətikləyəcək: 

"Ümumiyyətlə,  yaxın zamanda Ermənistanda siyasi sabitliyin təmini mümükün deyil. Seçki prossesində də, seçkidən sonra da erməni cəmiyyətində qütbləşmə davam edəcək. Erməni ictimaiyyəti terrora və xaosa meyilli toplumdur. Çalışacaqlar ki, digər ölkənin vassalığında yenidən torpaq əldə etsinlər. Paşinyan bu prosesin bir qədər qarşısnı ala bilər. Amma, ondan sonra kimlərinsə hakimiyyətə gəlib, yenidən avantüraya əl atması istisna edilmir. Ona görə də Azərbaycan daima Ermənistanda baş verənləri izləməli və ordusunuu davamlı gücləndirməlidir”.