Koronavirusu unudun: Dünya daha dəhşətlu fəlakətlə üz-üzədir

Xəstələri dişləyirlər! Xəstələr dəhşət içində qaçır! Bu dəhşət koronavirusu unutdurub! Mağazalarda cəsədlər... On illərin ən böyük istilasının önünü ala bilmirlər! Sayları milyonları aşan sürünün  qorxunc görüntüləri şok effekti yaradıb! 



Sherg.az xarici media istinadən xəbər verir ki, Avstraliya koronavirusdan da dəhşətlu, qorxunc fəlakətlə üz-üzədir. İndiyədək 30 min nəfərin koronavirusa yoluxduğu, 909 nəfərnsə “COVİD-19”dan həyatını itirdiyi Avstraliyada ortaya çıxan milyonlarla siçovul koronavirusu unutdurdub. Yer üzünün 6-cı ən böyük ölkəsinin  Yeni Güney Qaller və Quensland əyalətləri bərəkətli taxıl zəmiləri ilə məşhurdur.





Lakin hazırda bu əyalətlər siçovulların istilası altındadır.  Rəsmilər, sayları milyonları aşan gəmirici sürüsünü nəzarət altına almaq üçün mübarizə apardığı bir vaxtda siçovulların  xəstəxanada yatan 3 pasiyenti dişlədiyi, mağazaların döşəmələrinin siçovul ifrazatları ilə dolub daşdığı məlum olub.  Sidneyin şimal-qərbindəki Gilqandra əyalətindəki bir təsərrüfatda qorxunc görüntülər ortaya çıxıb. Siçovullar boruların altında, dəzgahların üzərində minlərlə gəmirici qaçışır.



Qışa saman tədarük etmiş fermerlər gəmiricilərin saman ehtiyatını məhv etdiyini deyib. Fermerlərdən biri bu dəhşəti belə anladıb: “Mənə elə gəlir ki, Yer kürəsi sadəcə, ətrafda qaçışan siçovullarla fırlanır” .

Mağaza sahibləri isə siçovulların ifrazatlarını təmizləməyə hər gün 6 saat sərf edirlər. Artıq mağazalardan kimsə alış-veriş etmir. 

Mütəxəssilər bu fəlakətin səbəbini illərlə sürən quraqlığın ardından indiyədək görülməyən dərəcədə isti yaz havasıyla əlaqələnidirirlər. Yerli media yazır ki, sadəcə 1 cüt siçovul  bir mövsüm ərzində orta hesabla 500 bala doğur. Bunun qarşısını almaq mümkünsüzdür.