"Sağalıb, valideynlərimə kömək etmək istəyirəm” - Dostları belə ondan qorxur


 Suriyanın İdlib şəhərində yaşayan, ancaq daxili müharibə səbəbiylə 2015-ci ildə Türkiyəyə sığınan altı uşaqlı Sufan ailəsinin övladı Mehmet  kraniofasiyal anomaliya (kəllə sümük qüsurları) ilə doğulub.
Onun yaşı artdıqca alnı şişməyə başlayıb. Xəstəliyi səbəbiylə sağ əlini istifadə edə bilməyən Sufanın bir gözünün görmə qabiliyyəti hər keçən gün azalmağa başlayıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə küçələrdən karton toplayaraq dolanışıqlarını təmin edən Rafid Sufan oğlunun bu vəziyyətinə çox üzüldüyünü və maddi çətinliklər ucbatından onun müalicəsini davam etdirə bilmədiklərini qeyd edib:

“Oğlum xəstədir və əməliyyat olunmalıdır. Suriya və Türkiyədəki bəzi xəstəxanalara apardıq, bəzi əməliyyatlar keçirdiyinə baxmayaraq, heç bir irəliləyiş əldə edə bilmədik. Qazandığım pul yalnız yeməklərimizə və kirayə haqqımıza çatır. Mehmet dostlarının sağlam olduğunu görəndə öz halına kədərlənir. Dostları da ondan qorxurlar. Küçədə gedən oğlumu görəndə məhəllə uşaqları yola düşür, oğlum tək qalır. Qorxduqları üçün heç kimlə dostluq edə bilmir. Mən pul istəmirəm, oğlumun sağlam olmasını istəyirəm, dostları ilə oynamasını istəyirəm"

Sufan ailənin yaşadığı Antakyadakı Kurtuluş küçəsində yaşayan insanlar Mehmet Sufanı hər dəfə görəndə vəziyyətinə görə üzgün olduqlarını deyirlər. Biznesmen Mehmet Çağrı  söhbətləşib və kömək etdikləri gənci gördükdə zaman-zaman pul vermək istədiklərini, ancaq Mehmetin qəbul etmədiyini söyləyir.

Xəstəlikdən qurtulmaq istədiyini və böyük çətinliklər yaşadığını dilə gətirən  Mehmet Sufan dostlarının ondan qorxmamasını, onlarla normal ünsiyyət qurmaq istədiyini bildirib:

“Allah Türkiyə dövlətindən razı olsun ki, bizə qapılarını açdı və burada yaşamağa icazə verdi. Mən artıq bu xəstəlikdən qurtulmaq, müalicəsinin mümkün olduğu bir xəstəxanada əməliyyat olunmaq, sağalmaq istəyirəm. Dostlarım məndən qorxur və bu hal məni üzür. Daha onların məndən narahat olmağını istəmirəm. Gözüm aşağıya doğru əyilir, axır. Yatanda gözümü yuma bilmirəm. Sağalıb, valideynlərimə kömək etmək istəyirəm”.