Rusiyada qubernatora cinayət işi açılıb - Suçu nə? 

Rusiyanın Penza bölgəsinin qubernatoru İvan Belozerstev haqqında cinayət işi açılıb. “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir ki, o, rüşvət almaqda itiham olunur. Məlumata görə, Belozerstev iş adamı Boris Shpigeldən 31 milyon rubl məbləğində rüşvət alıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə açıqlama verib. Petrenko qubernatora  qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açıldığını bildirib.