Söz dueli plasdarma köçürülə bilərmi? – ŞƏRH

İki super-güc- ABŞ və Rusiya arasındakı “buzlar ərimir”. Vladimir Putinin Baydeni “xəstə” adlandırıb, həmkarına şəfa diləməsindən sonra onun təyyarənin pilləkanlarında yıxılması müzakirə məsələsinə çevrilib. Əlbəttə, bu, Kreml sahibi üçün əla fürsətdir.

Lakin məsələ ondan ibarətdir ki, siyasət belə sadə deyil. Ciddi diplomatiyada iki dövlət arasındakı münasibətlər mütləq başqalarına da təsir göstərir.



Rusiyada yaşayan soydaşımız, texnika elmləri doktoru, professor Kamran Rüstəmov “Sherg.az”a açıqlamasında baş verənlərə münasibət bildirdi: 

“ABŞ və Rusiya dövlət başçıları arasındakı söz duelinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulub. O, Putini dəstəkləyərək, rusiyalı həmkarının cavabını yüksək qiymətləndirib. Fikrimcə, bundan sonra Baydenin işi heç də asan olmayacaq. Məşhur misalda deyildiyi kimi, o, “kolların arasına düşüb”. Və əslində tək güclü dövlət heç ABŞ deyil. Başqaları da var. Putinin amerikalı həmkarını müzakirəyə dəvət etməsi isə artıq onların arasında müəyyən ziddiyətlərin yarandığının təzahürüdür”.