Altı min illik “susqunluq” başa çatdı - Ciddi vulkan püskürməsi...

İslandiyanın Cənub-Qərbindəki Reykyanes yarımadasındakı Faqradals vulkanı 6 min ildən sonra püskürüb. Bu barədə “Sherg.az” “Haberglobal” a istinadən xəbər verir.  İlkin görüntülərə görə, lava iki istiqamətdə yayılıb. Sözügedən hadisə 781 ildən sonra yarımadadakı ilk vulkan püskürməsidir. 
Müvafiq qurumlar bildiriblər ki, təxliyə çox çətindir. Çünki yarımada yaşayış yerlərindən uzaqdır. 
 Fevralın 24-dən fevralın 17-dək yarımadada 50 mindən çoz zəlzələ olub. Alimlərin fikrincə, vulkan püskürməsi daha ciddi proseslərin xəbərçisidir.