Bu yeməkləri təkrar isitməyin - ZİYANI BÖYÜKDÜR!

Demək olar ki, hamı gün ərzində yemək bişirib ertəsi gün isidərək istifadə edir Türkiyəli professor Murat Doğan bu vəziyyətin yeməklərdə bakteriya və kimyəvi maddələrin meydana gəlməsinə şərait yaratdığını söyləyib. Yeməklərin gündəlik olaraq hazırlanıb istifadə edilməli olduğunu vurğulayan M.Doğan bildirib ki, yenidən qızdırılan qidada əmələ gələn bakteriyalar müxtəlif xəstəliklərə səbəb ola bilər.
Təkrar qızdırılma zamanı bu yeməklərin faydası kəskin azalır, onlarda ziyanlı maddələr əmələ gəlir. Təkrar qızdırılmış bu yeməkləri yedikdən sonra insanda müxtəlif həzm pozulmaları (köp, qarında ağırlıq, ağrı və s.) meydana çıxa bilər.  

“Sherg.az” “Cnnturk.com”a istinadən 2-ci dəfə qızdırıldıqda zərərli olan qidaların adını açıqlayır:

1. Çuğundurdan olan yeməklər.
2. Ət və toyuqdan olan yeməklər.
3. Qayqanaq, omlet, bişmiş yumurta.
4. Göbələk.
5. Kartof qızartması, kartof püresi.