Çoxlu çay içməyin ziyanları o qədərdir ki...

Gündəlik həyatda ən çox istifadə etdiyimiz içkilərdən biri çaydır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır.
Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Lakin bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.
“Sherg.az” “Hurriyet.com”a  istinadən çoxlu çay içməyin ziyanlarını təqdim edir:
Qəbzlik
Gözlənilməz olsa da, çay içindəki tanin adlı maddə bədəndə yığılır. Bu baxımdan həddindən artıq çay istehlakı, tanin maddəsinin bədənə çox nüfuz etməsi səbəbindən qəbizliyə səbəb olur.
Yuxusuzluq
Çayın həddindən artıq istifadəsi insanda fiziki və zehni olaraq yuxusuzluq yaradır.
Sidik problemləri
Çox çay içmək tez-tez sidiyə getməyi tələb edir. Kofein insanın sidik kisəsinə təzyiq göstərir və sidik kisəsini əhatə edən əzələləri aktivləşdirir, bu da insanın sidiyə ehtiyacının artmasına səbəb olur.
Qida borusu xərçəngi
Çox isti çay içmək qida borusundakı kanallara ciddi zərbə vurur.Bu baxımdan çayı isti yox normal istilikdə içmək bu riski azaldacaq.
Mədədə narahatlıq
Kafein mədəyə çatdıqda mədədə müxtəlif turşu maddələrin istehsalına səbəb olur. Xora, qastrit və ya mədə xərçəngi kimi bir xəstəliyiniz varsa, çaydan uzaq durmalısınız.
Böyrək xəstəlikləri
Çayın çox istifadəsi böyrək xəstəliklərinin əsas səbəblərindən biridir. Çayın tərkibindəki oksalat böyrək daşlarına səbəb olur.
Şişkinliyə səbəb olur
Gündə 4 fincandan çox çay içirsinizsə və 2 litrdən az su istifadə edirsinizsə, bədəninizdə şişlik riski sizi gözləyəcək.
Dişləri saraldır
Çay dişlərin saralmasına və ləkələrin yaranmasına səbəb olur. Bu problemi aradan qaldırmaq üçün çay içdikdən sonra 1 stəkan su ilə qarqara edə bilərsiniz.
Bədənin qurumasına səbəb olur
Çayı çox içənlər bədənlərində suya ehtiyac hiss etmirlər. Ancaq çay bədənin su ehtiyacını ödəmir və bədəndəki suyu çəkir.
Hamilə qalmağı çətinləşdirir
Tərkibindəki kafeinə görə hamilə qalmaq istəyənlər çaydan uzaq durmalıdırlar