Brilliant Dadaşova: "...Şəhidlərimiz çoxdur, amma demirik"

"Lalə Dadaşovanın oğlu Zaur da beş il döyüşüb. Biz onu əsgərliyə yola saldıq. 1991-ci ildə 18 yaşı vardı. İndiyədək bunu heç vaxt danışmamışıq. Hesab edirik ki, bu ailəmizin Vətənə borcudur".

"Sherg.az" xəbər verir ki , bu sözləri "Elgizlə izlə" verlişində qonaq olarkən xalq artisti Brilliant Dadaşova deyib. Sənətçi söhbətə davam edərək bunları söyləyib:

"İndi görürük ki, demək lazımdır. O, Tərtərdə,Ağdərədə, Murovdağda vuruşub kantuziya alıb. Yaxınlığında mina partlayıb. Birinci Qarabağ müharibəsində savaşıb. Ailəmizdə şəhidlərimiz çoxdur. Xalamın nəvəsi, həyat yoldaşımın əmisi oğlu da şəhid olublar. Lakin deməmişik. İndi isə qalibik. Lalə xanımın oğlu cənab prezident qələbəni elan edəndə hönkürtü ilə ağladı. Dedi,4 il vuruşmuşuq, o dostlarım yadıma düşür, amma nə gözəl ki, 44 günə torpaqlarımızın qaytardıq".