Aytac Vidadiqızı Xatirə İslamla razılaşmır: "Ona qonorar vermərəm"

Müğənni Aytac Vidadiqızı "Lent.az"a açıqlamasında Xatirə İslamın efirlərə ödənişlə getmək fikri ilə razı olmadığını söyləyib:
"Belə bir şey olsa, yalnız xalq artistlərinə ödəniş edərəm. Amma Xatirə İslam və onun kateqoriyasından olan müğənnilərə efirə gəlmələri üçün qonorar vermərəm".

"Sherg.az" xəbər verir ki, müğənni Nadir Qafarzadə həmkarının bu sözlərinə Instaqramda fikir bildirib. O, mövzu haqqında bunları yazıb:
"Sənətkarlıq fəxri adla ölçülmür.

Bir də ki insanın özünə dəyər verməyə haqqı var. 20 ildir Xatirə İslam səhnədədir, haqqına girməyək.

Bu qızın atası da fəxri adı olmayan ifaçıdır. Demək ki, o da "sənətkar" sözünə layiq deyil? Bu yanaşma yanlışdır. Məntiq yoxdur".