Qazidən KİV-ə ÇAĞIRIŞ:"Yalançı qəhrəmanları reklam etməyin!" 

"Əvvəllər belələri özlərinə "kəşfiyyatçı" deyirdi, indi isə təzə dəbə düşən "xüsusi təyinatlı kəşfiyyatçı" deyirlər!"

"Çoxu da oxuduğunu, eşitdiyini öz adına çıxıb danışır! Araşdırın, sonra danışdırıb yayın! Ayıbdır! Olmaz ey!"


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu yalançı "qəhrəmanların" televiziyalarda, saytlarda reklam edilməsini tənqid edib. 

"Sherg.az" xəbər verir ki, Rey Kərimoğlu Feysbuk səhifəsində müharibə haqqında gopa basan, yalan danışan həyasız, abırsızların efirə, sayta, qəzet səhifəsinə çıxarılmamasını xahiş edib:

"Əziz jurnalistlər, tv, radio, sayt, qəzet, yutub kanalı yaradanlar və idarə edənlər, bloggerlər Yalançıları qəhrəman etməyin! İnsanlar bu yalançılardan bezib! Hərəsi də özünə bir ad qoyur! Əvvəllər belələri özlərinə "kəşfiyyatçı" deyirdi, indi isə təzə dəbə düşən "xüsusi təyinatlı kəşfiyyatçı" deyirlər! Çoxu da oxuduğunu, eşitdiyini öz adına çıxıb danışır! Araşdırın, sonra danışdırıb yayın! Ayıbdır! Olmaz ey!".