Peskov açıqladı: Putin o çantanı yanından ayırmır - Niyə?

Rusiya Prezidenti Vladimir Putinin Sibirdəki tətilində  mətbuat konfransı zamanı "nüvə çantası"nın yanında olub-olmadığı barədə sual verilib. 
"Sherg.az" xəbər verir ki,  Kremlin sözçüsü Dmitri Peskov, lazımlı ünsiyyət vasitələrinin istənilən yerdə Putinin yanında olduğunu  bildirib.
O fikirlərini belə ifadə edib:
"Strateji rabitə də daxil olmaqla bütün lazımi rabitə vasitələri, Rusiya, ya da dünyanın  hansısa bir ölkəsindən asılı olmayaraq hər zaman prezidentin yanında olur".