Şou-biznes yasa batdı: "Gülərüz Nazpəridən əsər-əlamət qalmayıb" - FOTO

Xəbər verdiyimiz kimi, dünən xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 41 yaşında dünyasını dəyişib. Bu acı xəbər sənət dünyasını da üzüb. Nazpəri xanımın sənət dostları məsələ ilə bağlı paylaşımlar ediblər. 



"Sherg.az"ın məlumatına görə müğənni Afət Fərmanqızı da xalq artistinə baş sağlığı verib. O, İnstaqram səhifəsində bunları yazıb:
"Sözün bitdiyi an. Bu acı xəbər hamı kimi məni də sarsdı. Nazpəri xanımın ağır günündə yanında olmaq istədim. Gülərüz, nazlı pərimizdən əsər-əlamət qalmayıb. Allah analara bala dağı göstərməsin. İnanmaq çətindir. Təəssüf ki, gerçəkdir"