Tutulan iş adamının səhhəti pisləşdi - Təcili tibbi yardım gəldi

Rusiyanın Penza bölgəsinin qubernatoru İvan Belozertsevə qarşı açılan cinayət işi çərçivəsində tutulan iş adamı Boris Şipigelin vəziyyətinə dair məlumat yayılıb. “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir ki, o, səhhəti ilə bağlı şikayətlənir, çətinliklə gəzir. Hazırda təcridxanada olan biznesmen üçün iki dəfə təcili tibbi yardım çağırılıb.