Müəllim şagirdini döyüb: başı və çiyni zədələnib

Moskvada bir riyaziyyat müəllimi qız şagirdini döyüb. Hadisə sinifdə olub. Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Məlumata görə, qızın başında zədə, çiynində əzik var. Həmçinin şagirdin beyini sarsılıb. 
 Zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.  Hazırda Cinayət Məcəlləsinin 144-145-ci maddələri ilə istintaq gedir.