Daha bir müğənni Nazpərinin dərdinə şərik çıxdı: "Dünən bir yerdə idik..."  - FOTO

Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əlinin gənc yaşda vəfat etməsi şou əhlini də üzüb. Hər kəs sosial şəbəkə hesabında Nazpəri xanımın fotosunu paylaşaraq, onun kədərinə şərik olub. 
Müğənni Nadir Qafarzadə də İnstaqram səhifəsində məlum olayla bağlı paylaşım edib. 



"Sherg.az"ın məlumatına görə o, üzüntüsünü belə dilə gətirib:

"Bu gün eşitdiyim ən şokedici xəbərdir. Nazpəri xanım, sizə təsəlli vermək üçün çox acizəm. Sözüm bitib, dilim quruyub. Dünən bir yerdə idik, danışdıq, güldük. İndi bu xəbər məni dəli etdi. Allah valideynlərə bala dərdi göstərməsin".