Afət özünü köməkçi kimi təqdim etdi - Niyə və kimdən gizlənir?

Xəbər verdiyimiz kimi "Birə-bir" verlişində müğənnilər arasında sorğu keçirilib. Onların pandemiyadan sonra toya hansı qiymətə gedəcəkləri öyrənilib. Sorğuda iştirak edən ifaçıların səs yazıları efirdə yayımlanıb.
Bu sorğunun videosu sosial şəbəkələrdə paylaşılıb. Lakin Müğənni Afət Fərmanqızı sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunub. Buna səbəb A.Fərmanqızının telefon danışığında özünü köməkçi kimi təqdim etməsidir. 

"Sherg.az" xəbər verir ki, izləyiciləri Afəti səsindən tanıyaraq onun özü olduğunu anlayıblar. Məsələn, bir istifadəçi "Danışan Afət özü idi. Guya köməkçisidir" deyə rəy yazıb. Digəri isə "Afət özüdür, yalandan deyir, köməkçisiyəm" qeydini əlavə edib.