160 ölkəyə elan verilib: 1700 illik kilsə satılır - "Su qiymətinə" + Fotolar

1700 illik Mor Yuhanna Süryani Kilsəsinin sahibi olan Murat Tekcan kilsəni 7 milyon 250 min TL-ə satmaq qərarına gəlib.
Sherg.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə o 160 ölkəyə elan verib. İbadət olunmayan kilsə üçün bir alıcı tapa bilmədiklərini söyləyən Tekcan burada 3 din xadiminin aid olan qəbrin olduğunu bildirib: “ Həmçinin kilsənin içərisində 2 tunel var. Bunlardan biri qalaya, biri isə Deyrul Zafaran Monastırına getdiyi deyilir.

Süvari qoşunun keçə biləcəyi tunellər də mövcuddur. Vaxtilə yəhudilər, assuriyalılar və ermənilər burada ibadət ediblər. Bu bir vaxtlar bir yəhudi sinaqoqu idi. Daha sonra bir kilsə olub. Əsrlər sonra bir dülgər emalatxanası olaraq istifadə edilib. Satmaq üçün 160-dan çox ölkəyə elan verdik. İndiyədək onu almaq istəyənlər kilsəyə 6 milyon yarım qiymətində dəyərləndiriblər. Lakin mən kilsəni 7 milyon 250 min TL-ə satmaq niyyətindəyəm".