"İntihar körpüsü" !- Buradan yalnız itlər intihar edir - Qorxunc sirr açılmır + Fotolar   

Şotlandiyanın Vest Dunbartonsire bölgəsində, Milton yaxınlığında yerləşən Overtoun Körpüsündə illərdi ki, qəribə hadisələr baş verir.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, tarixi Overtoun qalasına getmək üçün istifadə edilən  2 metr uzunluğundakı həmin körpüdə tez-tez fərqli və qəribə hadisələr baş verir. Memarlıq, estetika və tarix baxımından çox əhəmiyyətli olan körpü yalnız qeyri-adi hadisələr səbəbindən ziyarətçiləri qəbul edə bilmir. Çünki həmin körpüyə gələn ziyarətçilərin hamsının itləri bu körpünün tam ortasında intihar edir. Məhz bu səbəbdən indi  körpü "intihar körpüsü" adlanır və bura gələn ziyarətçilər həmin körpüdən keçə bilmirlər. Heç kim sirrini tapa bilmədiyi bu hadisə üzündən körpü dünyada cəsarət tələb edən yerlər siyahısına salınıb.

Qeyd edək ki, körpünün inşası 1859-cu ilə olub və 1950-ci ildə körpünün tikilib istifadəyə verilməsindən bir il sonra körpüdə fərqli və qeyri-adi hadisələr baş verib. Adi bir qonaq həmin gün qalaya getmək üçün körpüdən keçir. Ancaq qonaq tək olmur, yanında bir köpəyi də olur. Körpüdən keçərkən əvvəlcə heç bir problem olmur, ancaq körpünün ortasına gəldikdə qonaq köpəyin hərəkətlərindəki bəzi dəyişiklikləri hiss edir. İtin üzü dəyişir, açıq-aşkar bir şeyə qəzəblənir. Sonra saniyələr içərisində körpüdən atlayaraq intihar edir. Bundan sonra Overtoun Körpüsündən keçən köpəklər  eyni reaksiya ilə körpüdən atlanır. Bu vaxtadək körpüdən tullanan itlərin sayı 600-dən çoxdur. 600 itin ölümü hər zaman eyni şəkildə olur. Üstəlik, həmişə eyni nöqtədən və eyni səviyyədə ...

İntihar hadisələrinin bu şəkildə artması ilə ictimaiyyət özünəməxsus şəkildə bir şərh edir: "Overtoun qalasında pis ruhlar var və onlar itlərə lənət oxuyurlar. Çünki onların qalaya girməyini istəmirlər, buna görə də körpüdən keçmələrini maneə törədirlər ".