Vanqadan qandonduran proqnozlar: "Putini sui-qəsd, Trampı ağır xəstəlik gözləyir" - Fəlakətlər !

Dünyaca  məşhur Vanqa nənənin 2020-21 proqnozları gerçəkləşməkdədir. Vanqa 21-ci əsrlə bağlı çox dəhşətli öngörülər açıqlayıb. Dünyanı gözləyən fəlakətləri duyurub. Vanqa nənə 1911-ci ildə Makedoniyanın Usturumca şəhərində anadan olmuşdu. Bəzi bilgilərə görə ildırım düşməsi, bəzi bilgilərə görəsə fırtına sonrası gözlərinə qum dolması səbəbiylə kor olub.

Bundan sonra proqnozlar, dünyanı gözləyən fəlakətlər barədə xəbər verməyə başlayıb.  Vanqanın dəhəşətli proqnozları demək olar, həmişə düz çıxıb. O, 2001-ci ildə ABŞ-dakı Əkiz qüllələrin dağıdılmasından tutmuş, qara dərili birisinin ABŞ prezidenti seçiləcəyini, İŞİD-in yaranması, Pakistan, Çin, Yaponiya və Alyaskanın sular altında qalacağını, Asiyada 7,5 gücündə zəlzələ, Rusiyaya meteor düşəcəyi, İngltərənin Avropa Birliyindən yrıldıqdan sonra qitənin böyük iqtisadi krizisə uğrayacağını, Rusiya ilə Gürcüstan arasındakı müharibənin proqnozunu vermiş kahin kimi tanınır.

Vanqanın proqnozlarından biri də Pusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlanacağı, ABŞ-ın artıq sabiq prezidenti Donald Trampın qəfil xəstələnəcəyi və beyin travması keçirəcəyi və qulaqlarının tutulacağı barədə öngörüləridir.

1996-cı ildə vəfat etmiş Vanqa 2019-cu ildə naməlum bir xəsətliyin yer üzünü bürüyəcəyini və milonlarla insanın mıhvinə səbəb olacağını da bılirmiş. COVİD-19 virusunun hələ də müalicəsinin tapılmaması Vanqanın “naməlum xəstəlik” proqnozunun doğrulduğuna işarədir. Vanqa məhz Asiyada qorxunc xəstəliyin ortaya çıxacağını söyləyibmiş.

Vanqa bunu da deyib ki, 2100-cü ildə elm süni günəş yaradacaq səviyyədə irəliləmiş olacaq. Koronavirusun nə zaman bitəcəyi proqnozunu isə Vanqa söyləməyib. Hələ də davam edir bu dəhşət.