Son 7 ABŞ prezidentindən 5-i solaxaydır - Siyasi anlamı nədir?

Son 7 ABŞ prezidentindən 5-i solaxay olub. Əslində bu, heç də göründüyü kimi adi məsələ deyil. 
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika xalqının sadəcə 10 faizi solaxaydır və prezidentlərin də məhz 10 faizlik kəsimin arasından çıxması təəccüblüdür. 
Maraqlı məqamlardan biri də odur ki, son 20 ildə keçirilən prezident seçkilərinə qatılan bütün namizədlər solaxay olublar. 
Məsələn, Barak Obama, Con Makleyn, Bil Klinton, Corc Buş çoxsaylı solaxay prezidentlər içində ən məşhurlarıdır.