Hakim səhvən iki məhkəmə işini qarışdırıb - Qərar şoka saldı

İstanbulda bir məhkəmə prosesində ağılalmaz hadisə yaşanıb. Ümraniyədə bir ərazi ilə bağlı qaldırılmış iddiaya baxan hakim səhvən iki məhkəmə işini qarışdırıb. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimin dosyaları qarışdırması nəticəsində ciddi problem ortaya çıxıb.

Belə ki, məhkəmənin əvvəlində dəyəri 3,7 milyon lirə ilə ölçülən geniş ərazi başqa bir işin dosyasının qarışıq düşməsi səbəbi ilə qəfil 212 min lirəyə “düşüb”. Məhkəmənin yekun qərarı qarşı tərəfi şoka salıb. 

Ancaq məhkəmə etiraz edən tərəfin iddiasını geri çevirərək “artıq qərar alınıb” deyib. 

Hakim məsləhət görüb ki, bu qərarı ancaq bir üst məhkəmə poza bilər. Yəni onlara apelyasiya şikayəti verməyi tövsiyyə edib.