Cavanşir Məmmədov: "Xanımım elə ailəyə gəlmişdi ki, bizdə qaynana öz ərini çox sevirdi"

Dünən ARB TV-nin "Elgizlə-izlə" verlişində qonaq olan müğənni Cavanşir Məmmədov ailəsi ilə bağlı açıqlamalar verib. 

"Sherg.az"ın məlumatına görə o, həyat yoldaşından danışaraq bunları söyləyib:

"Xanımım dörd qardaşın bir bacısı idi. Elə ailəyə gəlmişdi ki, bizdə qaynana öz ərini çox sevirdi. Atam Şuşalı, anam Naxçıvanlıdır. O vaxt burdan Amerikaya getmək, Naxçıvana getməkdən asan idi. Gərək arayışın olardı. Anam ərə gəlib, 6 il atasının evinə getməyib. Atam soruşub ki, istəyirsən Naxçıvana gedək? Deyib, sən bilərsən. Həyat yoldaşım da elədir.  İndi danışır ki, rəhmətlik Güllü xala deyirdi, beş soğanın yerinə üçünü soyun, qalanı qalsın. Pandemiya dövründə söylədi ki, rəhmətlik düz deyirmiş. Oğlum isə 8 ildir ailəlidir. İki il bundan əvvəl soruşdum ki, siz dava etmirsiz? Heç küsülü qalmırsız. Sizin aranızı vurmaq lazımdır".