İki yaşıl uşaq hardan peyda oldu? - Kəndlilər bundan dəhşətə gəliblər

12-ci əsrdə İngiltərədə yerləşən Vulpit kəndində qəfildən iki yaşıl uşaq peyda olur. 

Sherg.az xarici mətbuata istiadən xəbər verir ki, yaşıl uşaqlar 1100-cü ildə King Stephen hakimiyyəti müddətində tapılmışdı. Uşaqlardan biri qız, digəri isə oğlan idi.



Uşaqların insanlardan yeganə fərqi  onların yaşıl rəngdə olması idi. Rənglərinin tamamilə yaşıl olduğunu görən kəndlilər bundan dəhşətə gəlirlər və uşaqları şəhərə aparırlar. Ancaq heç kim yaşıl uşaqlar ilə ünsiyyət qura bilmir. Bunun səbəbi uşaqların fərqli, bilinməyən bir dildə danışması olur. İlk əvvəllər insanlarla ünsiyyətdən və yemək yeməkdən çəkinən uşaqlar nəhayət ki, zaman keçdikcə insanlarla uyğunlaşmağa başlayırlar. Hətta onları bir kişi övladlığa götürür. Məlumatlara görə yaşıl varlıqlara maraq göstərən bacı-qardaş ilk olaraq yaşıl lobyaya qarşı maraqları diqqət çəkmişdir. Yaşıl lobya yeyərək aclıqlarını yox edən uşaqlardan biri çox keçmədən xəstələnib ölür. Qız isə zaman keçdikcə insanlarla yaxınlaşmağa maraq göstərir. Müəyyən müddət sonra qızın rəngi insan rənginə bənzəməyə başlayır. Daha sonra o ingilis dilini mükəmməl şəkildə öyrənir. Bundan sonra insanlarla ünsiyyətə başlayan qız yerin altından yaşadıqlarını, Aziz Martin adlı yerdən gəldiklərini bildirmişdir. Onun dediklərinə görə, bu ərazi günəşin heç vaxt düşmədiyi və hər şeyin yaşıl olduğu ərazi idi. Qız uşağının sonradan bəhs etdiyi keçmişdən qalan tək xatirəsi isə, böyük qardaşı ilə heyvan sürülərini otlaqlağa aparmaları olmuşdur. Qız böyüyür, evlənir və gəldiyi yerə bir daha heç bir zaman geri dönməyir.