Koronavirusa yoluxma ən çox bu yerlərdə olub - Nazir açıqladı


Türkiyənin səhiyyə naziri Fahretdin Xoca koronavirusa yoluxma faktının ən çox və ən az rast olduğu vilayətləri açıqlayıb. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir.

Məlumata görə, son bir həftə ərzində Sinop, Gümüşhane, Mersin, Kırıkkale və Burdurda yoluxma sayı aşağı düşüb.​ Kastamonu, Çankırı, Yalova, İstanbul, Erzincanda isə bu tempin əksi müşahidə olunub. Nazir həmçinin əlavə edib ki, riski ancaq görülən tədbirlərlə aradan qaldırmaq mümkündür.